Saytımızı qiymətləndirin


 
 

Sahib Ələkbərov: Türkiyə ilə ticarət həcminin artırılması üçün ortaq işçi qrupu yaradıla bilər
Tarix: 07-03-2024 | Saat: 11:43
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

 

Sahib Ələkbərov: Bu, təkcə Maksimin yox, bütün komandanın uğurudur - AZƏRTAC

“Azərbaycanla Türkiyə arasında ikitərəfli ticarət həcminin artırılması, xarici ticarət üzrə xərclərin azaldılması və gömrük əməliyyatlarının sürətləndirilməsi məqsədilə ticarətin asanlaşdırılması üzrə ortaq işçi qrupunun yaradılması ilə bağlı müzakirələr aparılır”.

Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə ilə 2020-ci ildə Prudensial Ticarət Sazişi və 2023-cü ildə isə Sazişin əhatə etdiyi məhsul siyahısının genişləndirilməsi üçün əlavə protokol imzalanıb.

“Bu addımlar Azərbaycanın gələcəkdə Türk Dövlətləri Təşkilatına digər üzv dövlətlərlə ticarət dövriyyəsinin həcminin artırılmasına, dolayısıyla iqtisadi aktivliyin yüksəldilməsinə şərait yaratmalıdır”- nazir müavini əlavə edib.



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər