Saytımızı qiymətləndirin


 
 

İsveç Ukraynaya 102 milyonluq hərbi yardım AYIRDI
Tarix: 02-06-2022 | Saat: 22:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

İsveç Ukraynaya əlavə yardım göstəriləcəyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Peter Hultqvist məlumat verib.

102 milyon dollarlıq yardım hərbi texnika, o cümlədən gəmi əleyhinə raketlər və tank əleyhinə buraxılış qurğularından ibarət olacaq.

Məlumata görə, İsveç Ukrayna Mərkəzi Bankının Silahlı Qüvvələr üçün fonduna (AFU) 578 milyon kron, NATO-nun Ukrayna Silahlı Qüvvələrinə yardım fonduna isə 60 milyon kron ayıracaq.

Hərbi texnika siyahısına Amerikanın “Hellfire” raket sisteminin modifikasiya olunmuş variantı olan “Robot 17” gəmi əleyhinə raket kompleksi, həmçinin 5000 ədəd tank əleyhinə sistem, AG 90 tipli hücum silahları və döyüş sursatları daxildir.



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər