Saytımızı qiymətləndirin


 
 

Akardan Suriya və Ukrayna ilə bağlı önəmli açıqlamalar
Tarix: 10-01-2023 | Saat: 14:22
Bölmə:Karusel | çapa göndər

 

Akardan Suriya və Ukrayna ilə bağlı önəmli açıqlamalar

 

Türkiyənin milli müdafiə naziri Suriya və Türkiyə arasında olan normallaşma prosesindən danışıb.

 

Qarabaginfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir bu barədə hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

 

"Bu, prosesdir. 11 il sonra müdafiə nazirləri səviyyəsində görüş oldu. Arzumuz odur ki, qarşılıqlı görüşlər yolu ilə münasibətlər normallaşar, bölgə sülhünə töhfə verilər. Türkiyə terrorla mübarizə və miqrasiya problemini çözməyə çalışır", - deyə Akar bildirib.

 

Nazir Ukraynadakı müharibə mövzusuna da toxunub.

 

"Türkiyə əvvəldən bəri bu savaşın başlamasını önləmək üçün səylər göstərdi. Prezidentimiz Ərdoğan humanitar yardım göstərilməsi, atəşkəs və digər mövzuları gündəmə gətirdi. Bunun üçün tərəflər arasında dialoq olduqca böyük önəm daşıyır", - deyə Hulusi Akar əlavə edib.



Xəbəri paylaş

139 dəfə oxunub.

Digər xəbərlər