Saytımızı qiymətləndirin


 
 

Britaniyalı jurnalist: “Xocalı soyqırımının günahkarları məhkəmə qarşısına çıxarılmalıdır”
Tarix: 22-02-2022 | Saat: 15:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

Britaniyalı jurnalist: “Xocalı soyqırımının günahkarları məhkəmə qarşısına çıxarılmalıdır”

“Xocalı soyqırımının günahkarları İkinci Dünya müharibəsində, keçmiş Yuqoslaviyada və Ruandada olduğu kimi, müharibə cinayəti və etnik təmizləmə törədiblər. Onlar mühakimə olunmalı və azadlıqlarını itirməklə cinayətlərinin əvəzini ödəməlidirlər”.

O, Xocalı soyqırımını Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli vəhşiliyi adlandırıb, 613 dinc sakinin, xüsusilə qadınların, uşaqların və qocaların Ermənistan silahlı qüvvələri tərəfindən amansızlıqla gülləbaran edildiyini xatırladıb.

Jurnalist deyib ki, Serj Sarqsyan və Xocalı soyqırımının digər iştirakçıları mühakimə olunmalı və azadlıqlarını itirməklə cinayətlərinin əvəzini ödəməlidirlər.

 

O qeyd edib ki, qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun təşkilində əsas rol oynamış Serj Sarqsyan britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibədə dinc əhalini atəşə tutmaq qərarının qəsdən törədilmiş terror taktikası olduğunu etiraf edib: “Məqsəd Dağlıq Qarabağ və yeddi ətraf rayondakı azərbaycanlıları öz evlərini və torpaqlarını işğalçılara verməyə və bölgəni mübarizə aparmadan boşaltmağa məcbur etmək idi. O, daha sonra iki dəfə Ermənistan prezidenti olub və çoxsaylı rəhbər vəzifələrdə çalışıb. Bu soyqırımı törədənlər hələ də cəzasız qalıb. Otuz il bundan əvvəl bu cinayəti törədənlər həbsxanada çürüdükdən sonra Xocalı soyqırımının qurbanları həqiqətən də hüzura qovuşacaqlar”.

 

Neil Vatson 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsinin əhəmiyyətindən də danışıb.

 

Jurnalist əlavə edib ki, münaqişə başa çatsa da, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa da, tarix kitablarına ən dəhşətli hadisə kimi düşən Xocalı soyqırımı hər zaman xatırlanmalıdır.

 

O vurğulayıb ki, Xocalı soyqırımını beynəlxalq təşkilatların tanımasını təmin etmək çox vacibdir.(Apa)



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər