Saytımızı qiymətləndirin


 
 

AŞPA üzv ölkələrin hüquq-mühafizə orqanlarının fəaliyyətinə dair qətnamə qəbul edib
Tarix: 28-04-2022 | Saat: 00:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Delegația moldovenească a participat la alegerile pentru noua conducere a APCE (FOTO) – Primul.md

Avropa Şurası Parlament Assambleyası (AŞPA) quruma üzv ölkələrin hüquq-mühafizə orqanları tərəfindən həddindən artıq və əsassız gücün tətbiqinin qarşısının alınmasına dair qətnamə qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, AŞPA Avropa Şurası üzvləri dövlətlərdə hüquq-mühafizə orqanlarının vətəndaşlara qarşı həddindən artıq güc tətbiq etməsi hallarından narahatlığını bildirib və belə halların qarşısının alınması məqsədilə tədbirlər görməyi tövsiyə edib.

Qətnamədə bildirilir ki, üzv dövlətlər hüquq-mühafizə orqanlarının fəaliyətlərini beynəlxalq hüquqi sənədləri rəhbər tutaraq təşkil etməli və milli qanunvericiliyi beynəlxalq hüquqa müvafiq şəkildə uyğunlaşdırmalıdırlar.

AŞPA Fransanı polis gücündən həddindən artıq istifadə etdiyinə görə də tənqid edib. Sənəddə bildirilir ki, Fransada etirazlar zamanı qeyri-mütənasib güc tətbiq etməklə hakimiyyət səlahiyyətlərindən sui-istifadə edib.



Xəbəri paylaş

1199 dəfə oxunub.

Digər xəbərlər