Saytımızı qiymətləndirin


 
 

Gürcüstan Prezidenti “Nargis” jurnalına müsahibə verib
Tarix: 03-07-2021 | Saat: 14:23
Bölmə:Karusel / Region | çapa göndər

 

Gürcüstan Prezidenti “Nargis” jurnalına müsahibə verib
Salome Zurabişvili

Gürcüstanda “Nargis” jurnalının 18-ci sayı hazırlanıb.

Qarabaginfo.az xəbər verir ki, nəşrin bu sayının əsas qəhrəmanı Gürcüstan Prezidenti Salome Zurabişvilidir.

Jurnalın üz qabığında S.Zurabişvilinin fotoşəkli və “Gözlənilməzlik çaları ilə həyat” başlığı yer alıb. Dövlət başçısı ilə eksklüziv müsahibə Nino Murğuliaya, fotolar isə Quram Tsibaxaşvili və Tinatin Kiquradzeyə məxsusdur.

Prezident jurnal üçün Orbeliani sarayında çəkilən fotosessiyanı əks etdirən video görüntüləri instaqram səhifəsində paylaşıb.

Nəşri tezliklə Tbilisi, Batumi və Kutaisidə qəzet köşklərində və bir neçə mağazada əldə etmək mümkün olacaq. Qiyməti 5 lari (2 man 70 qəpik) təşkil edir.

Qeyd edək ki, Gürcüstanda nəşr olunan “Nargis” jurnalı Azərbaycanda 2013-cü ildən dərc edilən eyniadlı dərginin gürcü versiyasıdır. Dəb və incəsənət haqqında olan nəşrin qonşu ölkədə ilk sayı 2014-cü ilin dekabrında işıq üzü görüb.

 



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər