Saytımızı qiymətləndirin


 
 

Xocalı rayon təhsil işçiləri arasında şahmat yarışı keçirildi
Tarix: 10-04-2023 | Saat: 13:02
Bölmə:Karusel / Təhsil / Cəmiyyət / İdman | çapa göndər

      Aprelin 9-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Xocalı rayon ümumtəhsil məktəbləri arasında şahmat yarışı keçirildi. 

      Yarışın nəticəsinə əsasən, Xocalı rayon Meşəli kənd tam orta məktəbin riyaziyyat müəllimi Yusifov Əflatun Xıdır oğlu I yerin, Xocalı rayon Yaloba kənd tam orta məktəbin tarix müəllimi Hümbətov Elsevər Ağamir oğlu II yerin, Xocalı şəhər 4 saylı tam orta məktəbin gənclərin çağıraşaqədərki hazırlıq müəllimi Quliyev Firuz Yunis oğlu III yerin qalib oldu.

      Sonda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin sədri İsmayıl Hacıyev qaliblərə Fərxri Fərman və mükafat təqdim etdi. 

       Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin təşkilatçılığı ilə il ərzində rayonun təhsil işçiləri arasında müxtəlif idman və intellektual yarışlarının keçirilməsi nəzərdə tutulub.(xocalininsesi.info)











Xəbəri paylaş

1140 dəfə oxunub.

Digər xəbərlər