Saytımızı qiymətləndirin


 
 

Dövlət sərhədini pozan 4 Şri-Lanka vətəndaşı saxlanılıb - FOTO
Tarix: 17-09-2022 | Saat: 12:18
Bölmə:Karusel / Kriminal | çapa göndər

Dövlət sərhədini pozan 4 Şri-Lanka vətəndaşı saxlanılıb

 

Sentyabr ayının 15-də saat 08:50-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun birinci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmə­yə cəhd edərkən 4 nəfər Şri-Lanka vətəndaşları, 2002-ci il təvəllüdlü İnthirakumar Dishanth, 1981-ci il təvəllüdlü Seevarathnam Vijayakumar, 1993-cü il təvəllüdlü Ukenthiran Sayanthan və 1999-cu il təvəllüdlü Ramachandran Thilakshan sərhəd pozucusu qismində saxlanılıblar.

Dövlət Sərhəd Xidmətindən (DSX) Qarabaginfo.az-a verilən xəbərə görə, saxlanılan şəxslərdən üçünün rəsmi qaydada Qətərdən Doha-Bakı reysi ilə birinin isə Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbay­can Respubli­kasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçməklə, Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbəri paylaş

175 dəfə oxunub.

Digər xəbərlər