Saytımızı qiymətləndirin


 
 

Putin bu gün BMT-nin baş katibi ilə görüşəcək
Tarix: 26-04-2022 | Saat: 12:28
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Moskvaya gələn BMT-nin baş katibi Antonio Quterreşi Kremldə qəbul edəcək.


Qarabaqinfo.az “İnterfaks”a istinadən xəbər verir ki, görüşün bu gün keçiriləcəyi gözlənilir.

 

Quterreş əvvəlcə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq, daha sonra isə Putinlə görüşəcək.

 

Bir həftə əvvəl Quterreş Rusiya Federasiyası və Ukrayna prezidentlərinə “sülhün bərqərar olmasına yönəlmiş təcili addımları” müzakirə etmək üçün onu Moskva və Kiyevdə qəbul etmək xahişi ilə müraciətlər göndərib.

 

Bazar ertəsi BMT-nin baş katibinin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, cümə axşamı isə Kiyevdə Volodimir Zelenski ilə görüşü planlaşdırılıb.



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər