Saytımızı qiymətləndirin


 
 

Sabahdan I siniflərə qeydiyyat başlayır
Tarix: 03-05-2022 | Saat: 11:48
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bakupost.az - Sabahdan I siniflərə qeydiyyat başlayır

Sabahdan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayır.

Təhsil Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə mayın 6-dan başlanılacaq. Bu tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq. Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.



Xəbəri paylaş

240 dəfə oxunub.

Digər xəbərlər