Saytımızı qiymətləndirin


 
 

Ukrayna SQ Baş komandanı: “Mariupolun müdafiəsi davam etdirilir”
Tarix: 11-04-2022 | Saat: 18:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukrayna SQ Baş komandanı: “Mariupolun müdafiəsi davam etdirilir”

Ukrayna hərbçiləri Mariupolda qəhrəmancasına vuruşurlar və onlarla rabitə qorunub-saxlanılır.

Qarabaginfo.az-ın "Ukranews.com" saytına istinadən xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı "Facebook" hesabındakı paylaşımında belə qeyd edib.

"Mariupolun müdafiəsi davam etdirilir. Şəhəri qəhrəmancasına saxlayan müdafiə qüvvəllərinin bölmələri ilə kommunikasiya sabitdir və saxlanılır. Bir daha vurğulayıram ki, həyata keçirilən müdafiə əməliyyatları ictimai müzakirə mövzusu deyil", - deyə Zalujni bildirib.

V. Zalujni vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Mariupolda və digər yerlərdə qələbə üçün mümkün olan hər şey edir.

Qeyd edək ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiyanın 9 may tarixindən öncə Mariupolun ələ keçirilməsi üçün yaxın gələcəkdə təzyiqi artıracağını bildirib.

O, Donbas regionunda iki həftəlik ağır müharibənin baş verəcəyini və ölkənin taleyini müharibənin ikinci mərhələsinin müəyyənləşdirəcəyini qeyd edib.



Xəbəri paylaş

1340 dəfə oxunub.

Digər xəbərlər
17-10-2022, 19:43 Bakıda 138 avtobus gecikir