Tarix: 30-06-2021 | Saat: 17:33
Bölmə:Karusel / Sosial | çapa göndər
“Bakı Metropoliteni” QSC-nin "Elmlər Akademiyası" metro stansiyasında FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı Metropoliteni ilə razılaşdırılmış cədvəl əsasında yanğın-taktiki təlim keçirib.
Qarabaqinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının maşın zalının maili enişində baş vermiş şərti yanğın hadisəsi və onun “söndürülməsi” yanğın-taktiki təlimin əsas mövzusu olub. Belə ki, şərti yanğın hadisəsi barədə səsucaldıcı vasitəsilə məlumat verilib və Metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb, hadisə barədə FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə baş vermiş ünvana gələrək “yanğını” qısa müddət ərzində “söndürüblər”.
Digər xəbərlər