Saytımızı qiymətləndirin


 
 

Ukraynanı tərk edənlərin sayı açıqlandı
Tarix: 28-03-2022 | Saat: 19:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukraynanı tərk edənlərin sayı açıqlandı

Ukraynadan onunla qonşu olan ölkələrə 3,86 milyondan çox qaçqın gəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsindən bildiriblər.

İdarənin saytında yerləşdirilmiş məlumata əsasən, fevralın 24-dən martın 27-dək Ukraynanı tərk edən qaçqınların sayı 3 milyon 866 min 224 nəfərə çatıb. Sutka ərzində onların sayı 45 min nəfərdən çox artıb.

Polşaya 2 milyon 293 min 833, Rumıniyaya 595 min 868, Moldovaya 383 min 627, Macarıstana 354 min 41 qaçqın gəlib.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər