Saytımızı qiymətləndirin


 
 

"Putin Ərdoğanı güclü lider kimi gördüyündən indi ondan başqa heç kimlə görüşmək istəmir"
Tarix: 29-09-2021 | Saat: 17:50
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Amerikalı analitik, Amerikanın keçmiş Dövlət Katibi Ceyms Beykerin (James Baker) Sovet Vətəndaşlığı və Baltikyanı işlər üzrə xüsusi müşaviri Pol Qobl (Paul Goble) Moderator.az saytına müsahibə verib.
Qarabaginfo.az müsahibəni təqdim edir: 
"Türkiyə Rusiyaya Ermənistandan uzaqlaşmaq və Azərbaycana qarşı artıq yük deyil, Cənubi Qafqazda vicdanlı vasitəçi kimi çıxış etmək üçün təzyiq göstərəcək" 
- Cənab Qobl, necə düşünürsünüz, maraqla gözlənilən Putin-Ərdoğan görüşü necə keçəcək və müzakirələrin gündəmində əsas hansı məsələlər dayanacaq? 
- Bunun ən əhəmiyyətli tərəfi budur ki, Putin indi Ərdoğanı böyük bir gücün böyük lideri kimi görür. Məhz buna görədir ki, Kremlin başçısı indi başqa heç kimlə görüşmək istəmir. Onların müzakirə etmək üçün çox böyük mövzu siyahıları var. Mənim ehtimalım budur ki, onlar müzakirə zamanı Krıma və Qafqaza fokuslanacaqlar, çünki Putin onun Krım yarımadasını ilhaq etməsinin tanınmasında çox maraqlıdır. Qafqaza gəlincə, hələ ki, Türkiyə orada və Xəzər boyunca Orta Asiyada ən böyük kənar oyunçu mövqeyindədir. 
- Məhz bu görüş Cənubi Qafqaz regionuna və bölgədəki ölkələrə - Azərbaycana, Ermənistana və Gürcüstana necə təsir edə bilər? 
- Azərbaycan və daha az dərəcədə Gürcüstan qazanan tərəflər olacaq. Ermənistan isə itirəcək. Təbii ki, Türkiyə Rusiyaya Ermənistandan uzaqlaşmaq və Azərbaycana qarşı artıq yük deyil, Cənubi Qafqazda vicdanlı vasitəçi kimi çıxış etmək üçün təzyiq göstərəcək. Bunun nəticəsi olaraq da Gürcüstan fayda əldə edəcək. 
- 44 günlük müharibədən sonra Azərbaycan işğaldakı ərazilərinin böyük bir qismini geri qaytardı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Lakin Ermənistan bəzən özünü regionda yaranmış yeni vəziyyəti qəbul edən kimi göstərsə də, bəzən revanşist açıqlamaları da verir. Sizcə maraqla gözlənilən Putin-Ərdoğan görüşündə Ermənistanın bu kimi təxribatları müzakirə olunacaqmı? 
- Nə noyabrda,  nə də yanvarda tərəflər arasında heç bir razılıq əldə olunmadı. Sadəcə onların qısa bir mövqe bəyanı oldu. İndi hər üç tərəf də, onu istədiyi kimi şərh edir. Bu hal, Moskvanın olmamalı olduğu əsasları qazanmasına imkan verdi, Azərbaycanın düşündüyü hər şeyə nail olmasına mane oldu və Ermənistanı daha çox təzyiqlərdən qorudu. Həmçinin Rusiyanın qəti şəkildə uduzmaqdansa, qalib gəlmiş kimi davranmasına imkan verdi. 
- Necə düşünürsünüz, liderlərin görüşündə uzun illərdir davam edən Suriya ilə bağlı ziddiyyətli məsələlərə, nəhayət, son qoyula bilərmi?
 
- Liderlərin nə deməsindən asılı olmayaraq hələ ki, Suriyada belə bir ehtimal görmürəm.
 
- Sizcə məhz Suriya mövzusunda Rusiyanın maraqları və hədəfləri tam olaraq nəyə köklənib?
 
- Rusiyanın tam olaraq Suriyada ikili marağı var: ABŞ -a qarşı çıxmaq və qeyri -sabitliyi yaymaq.
 
- Qısa müddət ərzində Əfqanıstanda hakimiyyət dəyişikliyi oldu və Taliban terror qruplaşması hakimiyyətə gəldi. Sizə də sirr deyil ki, Əfqanıstanla qonşu olmasa da, hər iki dövlətin həm Rusiya, həm də Türkiyənin orada müəyyən qədər maraqları var. Sizcə, Taliban hakimiyyəti Soçidə liderlərin müzakirə mövzuları arasında olacaqmı və ya Taliban hakimiyyəti bu dövlətlərin Asiya regionundakı maraqlarına boyun əyəcəkmi?
 
- Talibanın nə edəcəyi indi bəlli deyil. Bir tərəfdən köməyə ehtiyacları var və  digər tərəfdən də qorxu yaratmaqla qələbə qazanır və qorxu üzərində hakimiyyət qururlar. Mənim fərziyyəm budur ki, nə Türkiyə, nə də Rusiyanın Əfqanıstana daxil olması onlar üçün xoşbəxt sonluqla bitməyəcək, lakin nələrisə də qazana bilərlər. Səbəb budur ki,Talibanın hal-hazırda İran, Çin və Pakistana qarşı dəstəyə ehtiyacı var. Çünkü məhz adlarını sadaladığım bu qonşu dövlətlərin Əfqanıstandakı maraqları digər ölkələrdən daha çoxdur və ərazi yaxınlığı baxımından da, üstünlük onların tərəfindədir.


Xəbəri paylaş

1303 dəfə oxunub.

Digər xəbərlər