Saytımızı qiymətləndirin


 
 

Dünyanın diqqəti Almaniyada: “İşıqfor" hökuməti ABŞ yoxsa Rusiyanı SEÇƏCƏK? – İLGİNC AÇIQLAMA
Tarix: 09-12-2021 | Saat: 15:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniyada uzun müddətdən sonra hakimiyyətə 3 partiyalı koalisiya gəldi. Sosial Demokrat (qırmızılar), Yaşıllar və Azad Demokrat (sarılar) partiyalarından ibarət yeni hökumət bir çox sahədə dəyişikliklər edəcək. Yeni hökumətə sabiq kansler Angela Merkelin maliyyə naziri olmuş Olaf Şolts başçılıq edəcək.

Qarabaginfo.az xəbər verir ki, Almaniya siyasi hakimiyyətində baş verən hadisələri konkret.az-a şərh edən politoloq Elman Vəliyev bildirib ki, Berlin hökumətinin proqramına əsasən, sosial və iqlim məsələləri daxil olacaq, amma siyasi məsələlər də geri qalmayacaq: “Sabiq Kansler Merkelin vaxtında Almaniya-Rusiya münasibətləri nizamlı şəkildə davam edirdi, hətta Rusiya “şimal axını 2” layihəsini həyata keçirə bildi. Bu layihə vasitəsilə Rusiya qazı Almaniya və digər Avropa ölkələrinə çatdırılır. Hesab edirəm ki, yeni hökümət Amerika ilə münasibətləri daha da möhkəmləndirməyə çalışacaq. Ancaq ilk olaraq Rusiya Almaniyanın yeni höküməti ilə dialoqlara başlayacaq. Çünki Almaniya ilə nizamlı diplomatiya Rusiyaya lazımdır”.

Politoloq: "Ermənistan Azərbaycanın şərtləri qəbul etsəydi, özü qazanmış olacaqdı"

Politoloq əlavə edib ki, Almaniya da Ukrayna məsələsinə görə narahatdır: “Rusiya bilir ki, Ukraynaya qarşı təzyiqlər göstərsə, o zaman Almaniya qaz layihəsinə sanksiyalar tətbiq edə bilər. “Düşünürəm ki, İşıqfor” hökuməti Türkiyə ilə olan əlaqələri möhkəmləndirəcək. Hətta miqrant məsələsinə görə yardımlar da edə bilər”.



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər