Saytımızı qiymətləndirin


 
 

Reytinq xəsisliyi - Maliyyə Nazirliyi açıqlama yaydı
Tarix: 13-06-2023 | Saat: 18:11
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Reytinq xəsisliyi - Maliyyə Nazirliyi açıqlama yaydı

 

“Standard ənd Purz” (Standard and Poor’s) beynəlxalq kredit reytinq agentliyi Azərbaycan üzrə nəşr etdiyi hesabatda (9 iyun 2023-cü il) ölkənin kredit reytinqinin müəyyən edilməsi zamanı bir sıra müsbət nailiyyətlərin əldə olunduğunu qeyd edib. Bu nailiyyətlərdən biri kimi neft hasilatının qismən azalmasına baxmayaraq, növbəti illər ərzində neft-qaz qiymətlərinin Azərbaycanın fiskal və tədiyyə balansının müsbət səviyyəsini dəstəkləyəcəyi göstərilir.

 

Maliyyə Nazirliyindən Qarabaginfo.az-a bildirilib ki, bununla yanaşı, hesabatda Azərbaycan Dövlət Neft Fondunun xarici valyutada ehtiyatlarının artdığı, habelə eyni suveren reytinqə malik olan ölkələrlə müqayisədə ölkəmizin aşağı səviyyədə olan xarici dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin ortamüddətli perspektivdə daha da azalacağı göstərilməklə, Azərbaycanın yüksək xarici valyuta ehtiyat mövqeyinin suveren reytinq üçün əsas dəstəkçi olduğu qeyd edilib.

 

Reytinq agentliyinin hesabatında, həmçinin Azərbaycanın qeyri-neft sektorunun 2022-ci ildə 9 faiz artdığı və bu artımın növbəti illərdə də davam edəcəyi bildirilib.

 

Qeyd edilənlərlə yanaşı, hesabatda Azərbaycanla Ermənistan arasında olan uzunmüddətli münaqişənin 2020-ci ildə başa çataraq, ölkəmizin səyləri nəticəsində tərəflərin sülh müqaviləsinin bağlanmasına yaxınlaşması müsbət hal kimi vurğulanır.

 

Bu fonda Azərbaycan Respublikası Maliyyə Nazirliyi “Standard ənd Purz” agentliyinin dərc etdiyi hesabatda ölkənin reytinqi üzrə proqnoz göstəricinin belə “sabit”dən “müsbət”ə dəyişdirilməməsini böyük təəccüblə qarşılayır və Agentlik tərəfindən ölkəmizin reytinqlərinə xəsislik nümayiş etdirildiyi fikrindədir.



Xəbəri paylaş

1282 dəfə oxunub.

Digər xəbərlər