Saytımızı qiymətləndirin


 
 

Rusiyanın məşhur teleaparıcısının Qazaxıstana girişi qadağan edilib
Tarix: 22-01-2024 | Saat: 16:00
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyanın məşhur televiziya aparıcısı, TNT-nin baş direktoru Tina Kandelakinin Qazaxıstana girişi qadağan edilib.

Qarabaginfo.az bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən məlumat verilib. XİN rəsmisi Aybek Smadiyarov bildirib ki, TNT-nin baş direktoru Tina Kandelaki ölkəyə gəlməyə qərar verərsə, Qazaxıstana buraxılmayacaq.

Qazaxıstan hakimiyyəti T.Kandelakinin respublikada rus dilinin sıxışdırlaması bağlı son yazısından narazı qalıb.

Yanvarın 16-da o, Telegram-da yazıb ki, Qazaxıstanda “yavaş-yavaş rus dilini dövlət səviyyəsində sıxışdırmağa davam edirlər”. O, Qazaxıstan Nəqliyyat Nazirliyinin bir neçə dəmir yolu stansiyalarının adının dəyişdirilməsi və rus adlarının qazax adları ilə əvəzlənməsi planlarını belə şərh edib.

Tina Kandelaki qeyd edib ki, tarixdəki yerini dəstəkləmək bəhanəsi ilə çox uzağa getmək olar. bu cür şübhəli qərarları təbliğ etmək üçün tarixin arxasında gizlənmək xüsusilə rahatdır”.

Smadiyarov deyib ki, Qazaxıstan bunu heç vaxt bağışlamayacaq. “Dövlət bunu heç vaxt bağışlamayacaq. Ola bilsin ki, o, Qazaxıstana gəlmək istəyəcək, onu ölkəyə buraxmayacaqlar”, – deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi KazTAG-a  bildirib.
2023-cü ilin yanvarında Qazaxıstan əcnəbilərin, o cümlədən rusların ölkəyə giriş və qalma qaydalarını sərtləşdirib. Fevral ayında respublika hakimiyyəti daxili pasportdan istifadə edərək yaşayış icazəsinin verilməsini də qadağan edib.

Oktyabr ayında Qazaxıstan Xarici İşlər Nazirliyi bildirmişdi ki, respublikanın hakimiyyət orqanları Qazaxıstan haqqında mənfi fikirlər səsləndirən xarici vətəndaşların siyahısını hazırlayıb. Bu şəxslərin ölkəyə girişi qadağan edilib.

Qazaxıstan Xarici İşlər Nazirliyi siyahını açıqlamaqdan və ona neçə nəfərin daxil olduğunu dəqiqləşdirməkdən imtina edib.



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər