Tarix: 18-07-2023 | Saat: 16:50
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bu gün Qafqaz Müsəlmanları İdarəsində Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib.
İdarədən Qarabaginfo.az-a verilən xəbərə görə, toplantıda QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti oxunub və qəbul olunub.
Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib.
İclasda təşkilati məsələlərə baxılıb. QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib, vəfat etməsi, səhhəti ilə əlaqədar və səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 3 nəfərin səlahiyyətli nümayəndə, 3 nəfərin isə qazı olaraq fəaliyyətinə xitam verilib.
Qazılar Şurasına 7 nəfər yeni qazı və QMİ-nin 3 yeni səlahiyyətli nümayəndəsinin təyin olunması barədə məlumat verilib. Sədrə yeni müavin təyin olunub.
Digər xəbərlər