Saytımızı qiymətləndirin


 
 

Rusiya ABŞ səfirliyinə qovulmuş amerikalı diplomatların siyahısını təqdim edib
Tarix: 23-03-2022 | Saat: 22:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

US Tells American Citizens to Leave Russia 'Immediately' as Flights Canceled

Rusiya Xarici İşlər Nazirliyi persona non-qrata elan edilmiş amerikalı diplomatların siyahısı olan notanı ABŞ səfirliyinə təqdim edib.

Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.

Nota BMT missiyasının rusiyalı əməkdaşlarının ölkədən çıxarılmasına cavab olaraq ABŞ-ın Moskvadakı diplomatik missiyasının yüksək vəzifəli diplomatına təqdim edilib.

Fevralın 28-də Ağ Evin mətbuat katibi Cen Psaki BMT-dəki rusiyalı diplomatları casusluqda ittiham edib və onların ABŞ-dan qovulacağını bəyan edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza bildirib ki, ABŞ diplomatları ölkədən çıxarmaq üçün daim kəşfiyyat fəaliyyəti ilə bağlı ittihamlardan istifadə edir.



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər