Saytımızı qiymətləndirin


 
 

Məhkəmə Rusiyada "Facebook" və "Instagram"ı ekstremizmə görə qadağan edib
Tarix: 21-03-2022 | Saat: 18:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Məhkəmə Rusiyada "Facebook" və "Instagram"ı ekstremizmə görə qadağan edib

Moskvanın Tverskoy Məhkəməsi bu gün Facebook və Instagram-ı ekstremist fəaliyyətə görə Rusiyada qadağan edib.

Qarabaginfo.az bildirir ki, bu barədə RİA Novosti-nin müxbiri məhkəmə zalından xəbər verir.

 

Məhkəmə qərarın dərhal icra olunacağını bildirib.

Baş Prokurorluq qaldırdığı iddianı rusları növbəti dəfə hüquqlarının pozulmasından qorumaq istəyi ilə izah edib.

İzah edilib ki, İnstagram Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata görə saxta məlumatların silinməsi ilə bağlı 4,5 mindən çox müraciətə və icazəsiz mitinq çağırışlarına məhəl qoymayıb.

Prokurorların fikrincə, ekstremist məlumatlar həm ayrı-ayrı şəxsləri, həm də bütövlükdə cəmiyyəti təhdid edir.

Baş Prokurorluq vurğulayıb ki, şirkət Rusiya hərbçilərinin öldürülməsi ilə bağlı çağırışlara icazə verməklə öz qaydalarını pozur.

Prokuror qeyd edib ki, qərar WhatsApp messencerinə şamil edilmir, lakin insanlar yalnız bu xidmətlərdən istifadə etdiklərinə görə cəzalandırılmayacaqlar.



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər
19-03-2022, 17:23 İranda zəlzələ olub