Tarix: 22-06-2022 | Saat: 12:30
Bölmə:Karusel / Region | çapa göndər
Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin "Ukraynadakı hazırkı müharibədən təsirlənən bölgələrdən qlobal bazara taxıl ixrac etməyin yollarını" müzakirə etdiklərini açıqlayıb.
BMT Baş katibinin sözçüsü Stefan Dujarrik, keçirdiyi mətbuat konfransında verilən suala cavab olaraq, "Bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş katib Antonio Quterres arasında telefon danışığı oldu" dedi.
Dujarrik deyib:
"Bu müzakirə taxıl mövzusuna və müharibədən zərər çəkmiş bölgələrdən taxılın qlobal bazara necə çatdırılacağına yönəldilib. Danışıqlar çox aqressiv şəkildə gedir, lakin bununla bağlı komkret vaxt çərçivəsi verə bilmərəm."
Qərb ölkələri Ukraynadakı işğala son qoymayan Moskva hökumətinə qarşı ciddi iqtisadi sanksiyalar tətbiq etmək qərarına gəlmişdi.
Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar yük gəmiləri fevralın 24-dən etibarən Ukrayna limanlarını tərk edə bilmədiyi üçün dünyanın bir çox ölkəsində taxıl böhranı yaşanır."(Anadolu Agentliyi)
Digər xəbərlər