Saytımızı qiymətləndirin


 
 

Alimlər gündüz yuxululuğunun səbəbini tapdılar – Ona qalib gəlməyin yolu qidalanmadadır
Tarix: 27-10-2025 | Saat: 12:49
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

ABŞ-ın Mass General Brigham xəstəxanasının tədqiqatçıları gündüz yuxululuğuna səbəb olan bioloji göstəriciləri müəyyən ediblər. 

Qarabaginfo.az xəbər verir ki, alimlər insan qanında bu vəziyyətlə birbaşa əlaqəli xüsusi maddələr – metabolitlər aşkar ediblər.

eBioMedicine jurnalında dərc olunan araşdırmada 6 min nəfərdən çox insanın sağlamlıq məlumatları təhlil edilib və yeddi əsas metabolit müəyyən olunub. Bu maddələrin səviyyəsi yüksək olduqda insanlarda gün ərzində yuxululuq, yorğunluq və enerjisizlik hissi daha çox müşahidə olunur.

Alimlər bildirirlər ki, bu metabolitlərə qidalanma ilə birbaşa təsir etmək mümkündür. Gündüz yorğunluğu və yuxululuqla mübarizə aparmaq üçün omega-6 yağ turşuları ilə zəngin qidalar – qoz-fındıq, bütöv dənli məhsullar, bitki yağları, yağlı balıqlar (məsələn, qızılbalıq və sardina), çia və kətan toxumu qidalanmaya daxil edilməlidir.

Bundan başqa, xolin baxımından zəngin qidalar – yumurta, soya, süd məhsulları və az yağlı ət növləri də orqanizmdə enerji mübadiləsini dəstəkləyir və beyin fəaliyyətini gücləndirir.

Tədqiqat göstərib ki, insanın gümrahlığı təkcə yeməklərdən deyil, həm də hormon balansı, yuxu keyfiyyəti və stressə qarşı dözümlülükdən asılıdır.

Mütəxəssislər vurğulayırlar ki, özünü enerjili hiss etmək üçün düzgün qidalanmaqla yanaşı, yaxşı yatmaq, fiziki hərəkəti artırmaq və istirahət üçün zaman ayırmaq da vacibdir.



Xəbəri paylaş

22 dəfə oxunub.

Digər xəbərlər