Saytımızı qiymətləndirin


 
 

Armen Sarkisyan istefa ərizəsini xaricdə yazıb
Tarix: 25-01-2022 | Saat: 17:32
Bölmə:Karusel / Region | çapa göndər

Armen Sarkisyan

 

Armen Sarkisyan prezident postundan istefa ərizəsini ölkə xaricində yazıb.

Qarabaginfo.az “Sputnik Armernia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin Aparatı məlumat verib.

Bildirilib ki, Armen Sarkisyan dövlət başçısı postundan istefa ərizəsini xaricdə yazmasını müalicəsini yarımçıq qoyub, Ermənistana qayıda bilməməsi ilə əsaslandırıb.

“Armen Sarkisyan uzun illər əvvəl ağır xəstəliyə qalib gəlib və bundan sonra həmişə onun xəstəliyindən məlumatlı olan həkimlərin nəzarəti altında müayinələr keçir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də Ermənistan Prezidenti postundan istefa verib.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər