Saytımızı qiymətləndirin


 
 

Avtomobillərin qeydiyyat nişanlarındakı rəqəmlərlə bağlı rüsumlar qüvvəyə minir
Tarix: 01-01-2022 | Saat: 00:45
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Avtomobillərin qeydiyyat nişanlarındakı rəqəmlərlə bağlı rüsumlar qüvvəyə minir

Bu gündən Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı dövlət rüsumları qüvvəyə minir

Qarabaginfo.az xəbər verir ki, bu, "Dövlət rüsumu haqqında" Qanuna yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə əksini tapıb.

Belə ki, bu gündən 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2 000, seriyası eyni hərflərdən ibarət olduqda 3 000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 500, seriyası eyni hərflərdən ibarət olduqda 2 000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 000, seriyası eyni hərflərdən ibarət olduqda 1 500 manat dövlət rüsumu tutulacaq.



Xəbəri paylaş

1333 dəfə oxunub.

Digər xəbərlər