Saytımızı qiymətləndirin


 
 

ütləvi şəkildə yayılan xəstəlik donuz qripi ola bilər - Tanınmış həkim
Tarix: 10-01-2023 | Saat: 12:06
Bölmə:Karusel | çapa göndər

Kütləvi şəkildə yayılan xəstəlik donuz qripi ola bilər - Tanınmış həkim

 

Son vaxtlar əhali arasında yayılan xəstəlik hamını ciddi şəkildə narahat edir. Yüksək hərarət, baş, boğaz, əzələ ağrıları, halsızlıq, öskürəklə müşahidə olunan xəstəliklə bağlı müxtəlif iddialar səsləndirilir. Bəzi insanlar bunun koronavirus infeksiyası, bəziləri ilə mövsumi qrup olduğunu düşünür. Lakin rəsmi qurumlar xəstəliyin konkret diaqnozunu hələ ki açıqlamayıblar. 

 

Bəs, ölkəni cənginə alan xəstəlik nədən qaynaqlanır? 

 

Mövzu ilə bağlı Modern.az-a danşan tanınmış həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki,  son günlər yayılmış respirator infeksiyanı törədən mikroorqanizmin adını demək çətindir. Çünki bunu ixtisaslaşmış laboratoriyada aparılan müşahidə əsasında rəsmi qurumlar təsbit etməlidir.

 

Həkimin sözlərinə görə, qonşu Rusiyada və Ermənistanda donuz qripinin yayılması bu xəstəliyin Azərbaycana ayaq açmasının mümkün olduğunu göstərir. Digər tərəfdən pandemiyanın bitmədiyini də nəzərə almaq lazımdır. Belə ki, omikronun mutasiyaları davam edir.

 

A.Qeybulla hazırkı durumla əlaqədar əsasən iki virusun üstündə dayandığını bildirib:

 

“Ümumiyyətlə, hər il koronavirusun 4 forması, rinaviruslar və qrip pandemiyadan əvvəlki dönəmlərdə belə soyuqdəymə xəstəlikləri yaradıb. Onların SARS-la əlaqəsi olmayıb. Kollektivdə insanlar xəstələnir, hətta vəziyyətləri ağırlaşırdı. Biz buna adət etmişdik. Pandemiyadan sonra bunlar yaddan çıxdı. Mən hazırkı durumla əlaqədar donuz qripinin və Omikronun mutasiyasının üzərində dayanıram”.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi ötən gün yaydığı məlumatda Azərbaycanda donuz qripi və koronavirusun yeni ştamının aşkarlanmadığını bildirib.



Xəbəri paylaş

107 dəfə oxunub.

Digər xəbərlər