Saytımızı qiymətləndirin


 
 

"Ağdərə-Vardenis yolunun ermənilər üçün açılması ilə bağlı danışıqlar gedir" - Balasanyan
Tarix: 10-05-2021 | Saat: 11:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Martakertdən (Ağdərə - red.) Vardenisə gedən yolun açılması ilə bağlı danışıqlar davam edir".

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu sözləri qondarma Dağlıq Qarabağ rejiminin “təhlükəsizliç şurası”nın “katibi” Vitali Balasanyan deyib.

“Bu istiqamətdə işlər davam edir, sülhməramlı qüvvələr danışıqlar aparır. Hələ ki, işlər yekunlaşmayıb. Ağdərə-Çaraktar-Zod-Vardenis yolu səyahət üçün silahsızlaşdırılmalıdır. Hazırda azərbaycanlılarla bərabər, onların malları da Qırmızı Bazardan Şuşaya, Suqovuşandan Kəlbəcərə gedir. Bizim vəziyyətimiz də eyni olmalıdır”, - Balasanyan bildirib.

Xatırladaq ki, 2021-ci ilin yanvarında Ağdərə bölgəsindəki müxtəlif kəndlərin erməni sakinləri rus sülhməramlılarının müşayiəti ilə Azərbaycan maşınlarının yolunu bağlayıblar. Etirazçılar sülhməramlılardan Azərbaycanın nəzarətində olan yollarda (Ağdərə-Vardenis və Ağdərə-Əsgəran-Xankəndi) ermənilər üçün gediş-gəlişin açılmasına dəstək olmalarını istəyiblər.

title



Xəbəri paylaş

1310 dəfə oxunub.

Digər xəbərlər