Saytımızı qiymətləndirin


 
 

Müəllimlərə dövlət qulluqçusu statusu veriləcək? - Rəsmi cavab
Tarix: 21-12-2021 | Saat: 12:10
Bölmə:Karusel / Təhsil | çapa göndər

Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi gündəmdə deyil.

 

Qarabaginfo.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

 

Nazir bildirib ki, hazırda müəllimlər dövlət büdcəsindən maliyyələşirlər.

 

"Digər bir tərəfdən müəllimlərin müəyyən bir müddət, 30-35 il çalışdıqdan sonra təqaüdə göndərilməsi məsələsi də müzakirə edilmir.

 

Hazırda müəllimlər 65 yaşına çatdıqdan sonra təqaüdə göndərilir", - E.Əmrullayev deyib.



Xəbəri paylaş

370 dəfə oxunub.

Digər xəbərlər