İranda un və un məlumatları son günlərdə xeyli bahalaşıb.
Qarabaginfo.az "Fararu"ya istinadla xəbər verir ki, müxtəlif un məlumatlarında, eləcə də yarımfabrikatlarında qiymətlər ümumən 173, o cümlədən çörəkdə 100%-dən , biskvit növlərində 50%-dən faizdən çox artırıb.
Rəsmilər bunu onunla izah edirlər ki, dünyada dənli bitkilərin 30%-i Ukrayna və Rusiyada istehsal olunur. Ukrayna müharibəsi ilə əlaqədar olaraq daşınmalarda müşküllər yaranıb və dünya ərzaq qiymətləri 34-60% artıb.
Son qiymət artımlarının digər səbəbi İranda ABŞ dollarına rəsmi məzənnənin (1 dollar = 4200 tümən) ləğv edilməsidir. Enerjidaşıyıcılarında da əvvəlki imtiyazlar artıq yoxdur.
Üstəlik un qaçaqmalçılığı və möhtəkirlik halları geniş vüsət alıb.
Hazırda İranda 50 kiloqramlıq bir kisə unun qiyməti 38 min tüməndən 670 min tümənə qədər artıb. Buğdanın qiymətini isə 11.000 tüməndən yuxarıdır.
Rəsmi hesablamalara görə, İranın un tələbatı 11,5 milyon tondur. Hökumət hər il subsidiya olaraq istehsalçılara 900 milyard vəsait ödəyir. Bununla belə, hazırda iranlılar arasında bir çox məşhur çörək növləri bahalaşıb. Ən çox yeyilən "səngək"in qiyməti 1400-6000 tümən, "bərbəri" 800-3400 tümənə satılır. Buna görə də, hökumət yoxsul təbəqə üçün "çörək kartı" sisteminə keçidə başlayır.(Yenisabah.az)