Saytımızı qiymətləndirin


 
 

Rusiya Moskvaya zərbədən sonra Kiyevə hücumları gücləndirəcəyini açıqlayıb
Tarix: 21-09-2026 | Saat: 07:41
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya Moskvaya zərbədən sonra Kiyevə hücumları gücləndirəcəyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Moskva vilayətinə endirilən zərbələrə cavab olaraq Ukraynaya, o cümlədən Kiyevə zərbələri gücləndirəcəyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi sentyabrın 20-nə keçən gecə Ukrayna ordusunun Rusiyaya qanadlı raketlər və PUA-larla hücum etməyə cəhd etdiyini bildirib. Nazirlik 8 raket və 1951 pilotsuz uçuş aparatının vurulduğunu iddia edib və Moskva istiqamətində kütləvi hücum cəhdinin uğursuz olduğunu açıqlayıb.

“Kiyev hökumətinin Rusiyanın ərazisində mülki obyektlərə hücumlarına cavab olaraq Rusiya Silahlı Qüvvələri Kiyevdəki hərbi obyektlərə yüksək dəqiqlikli silahlarla zərbələri davam etdirəcək və gücləndirəcək”, - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər