Saytımızı qiymətləndirin


 
 

Prokurorluqdan azad olunmuş ərazilərə qanunsuz gedənlərə ÇAĞIRIŞ
Tarix: 05-02-2021 | Saat: 12:17
Bölmə:Karusel / Gündəm / Sosial | çapa göndər

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnir.

 

Baş Prokuroluğun mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, insanların polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir.

 

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfər insanların  həyatı üçün təhlükəli ola bilər.

 

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələnin həssaslığı və əhəmiyyəti nəzərə alınaraq növbəti dəfə maarifləndirici videoçarx hazırlanıb.



Xəbəri paylaş

1310 dəfə oxunub.

Digər xəbərlər