Saytımızı qiymətləndirin


 
 

Balakən polisi meşəyə qənim kəsilən şəxsi saxlayıb
Tarix: 02-12-2021 | Saat: 08:10
Bölmə:Karusel / Hadisə | çapa göndər

Balakən polisi meşəyə qənim kəsilən şəxsi saxlayıb

Balakən rayonu İtitala kəndi ərazisində vələs ağaclarının naməlum şəxs və yaxud şəxslər tərəfindən qanunsuz olaraq kəsilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təbiətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Aftandil Ramazanov müəyyən edilərək saxlanılıb.

Kəsdiyi ağacların bir hissəsi isə doğranmış vəziyyətdə onun istifadəsində olan avtomobilin yük yerində aşkarlanıb. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər