Saytımızı qiymətləndirin


 
 

ƏƏSMN: "Yoxlamalar 2013-2018-ci illərə aiddir"
Tarix: 10-02-2022 | Saat: 18:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlamaları ilə bağlı məsələyə aydınlıq gətirib.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, yoxlamalar 2013-2018-ci illəri əhatə edir:

"Dövlət Maliyyə Nəzarəti Xidmətinin bugün yaydığı hesabatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda həyata keçirilən nəzarət tədbirlərinin nəticələri də açıqlanıb. Bununla bağlı media sorğularına cavab olaraq bildiririk ki, adıçəkilən qurumun nazirliklə bağlı həmin yoxlamaları 2013-cü ilin oktyabrından 2018-ci ilin aprel ayına qədərki dövrü əhatə edib. Aşkar olunan nöqsan və qanunsuzluqlar da 2013-2018-ci illərə aiddir" - deyə o sosial şəbəkə hesabında yazıb.



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər