Saytımızı qiymətləndirin


 
 

“Təmiz Şəhər”in Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
Tarix: 27-10-2021 | Saat: 18:25
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

“Təmiz Şəhər”in Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli sərəncamına əsasən, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin tərkibi yenidən formalaşdırılmış Müşahidə Şurasının ilk iclası keçirilib.

Qarabaginfo.az-ın Azərbaycan İnvestisiya Holdinqinə istinadən verdiyi məlumata görə, Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda MŞ-nin üzvləri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri və digər üzvləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının fəaliyyətinin təşkili, şirkətin idarə olunmasında Azərbaycan İnvestisiya Holdinqinin rolu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.




139 dəfə oxunub.

Digər xəbərlər