Saytımızı qiymətləndirin


 
 

"Bizə sülh verin!" - Ruslar müharibəyə qarşıdır?
Tarix: 12-01-2024 | Saat: 17:41
Bölmə:Karusel / Region | çapa göndər

 

"Bizə sülh verin - Vəssalam!".

 

Qarabaginfo.az xəbər verir ki, "Vyorstka"nın məlumatına görə, ruslar müharibədən yorulub və onun tezliklə başa çatacağına ümidlərini Putinə bağlayırlar.

    

Onlar müharibəni həyatlarının ən vacib və mənfi halı hesab edir və bunun tez bir zamanda bitməsini istəyirlər.

 

“Vyorstka” yazır ki, bu qənaətə təkcə müstəqil sosioloqlar deyil, həm də Kreml üçün ictimai rəyin ölçülməsi ilə məşğul olan şəxslər gəlib.

 

Hərbi fəaliyyətə kütləvi dəstəyin olmaması blogerlərdən tutmuş klinik psixoloqlara qədər digər tədqiqatçılar tərəfindən də müşahidə edilir. Hamısı qeyd edir ki, ruslar müharibəni bitirmək üçün etiraz etməyə hazır deyillər, lakin onlar Vladimir Putinin müharibəni dayandıracağını gözləyirlər.

 

Sosioloqların fikrincə, insanlar müharibənin yaratdığı müəyyən problemlər - inflyasiya və ya “bizim oğlanların ölümü” haqqında danışmağa hazırdırlar.

 

“Ancaq könüllümüz soruşduqda: “Yəni, bəlkə də başlamamalı idik?” - ona cavab verirlər ki, burada liberal təbliğat aparmağa ehtiyac yoxdur. Onlar müharibənin qaçılmazlığı və Rusiyanın özünü Qərbdən müdafiə etməsi ilə bağlı tezisi təkrarlayırlar. İnsanlar müharibədə Putini və Kremli günahlandırmırlar”, - sosioloq Oleq Juravlev deyib.



Xəbəri paylaş

181 dəfə oxunub.

Digər xəbərlər