Saytımızı qiymətləndirin


 
 

Ekspert həyəcan təbili çaldı: “Ciddi bahalaşma gözlənilir“
Tarix: 22-10-2021 | Saat: 17:44
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Ekspert həyəcan təbili çaldı: “Ciddi bahalaşma gözlənilir“

“Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyə və Rusiyada milli valyutalarla bağlı maraqlı proseslər gedir.”

Qarabaginfo.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Natiq Cəfərli deyib. 

Ekspert bildirib ki, hər ölkədə proseslərin öz səbəbləri var:

“Türkiyədə lirənin tarixi minumum səviyyəyə düşməsinin (bu gün 1 dollar 9,62 lirəyə qədər bahalaşdı) bir neçə səbəbi var:

1) Türkiyənin xarici ticarətdə mənfi saldosu;

2) Turizmdən gələn gəlirlərin kəskin azalması;

3) Və ən əsası, Türkiyə Prezidenti Ərdoğanın Mərkəzi Bankın müstəqilliyini əlindən alması.

N.Cəfərlərinin sözlərinə görə, Rusiyada rublun ciddi dəyər qazanmasını hamı görür, bu gün 1 dollar 69 rubla qədər ucuzlaşıb, bunun da 2 əsas səbəbi var:

1) Dünyada enerji daşıyıcılarının qiymətinin kəskin artması, neftin, qazın bahalaşması;

2) Rusiya Mərkəzi Bankının ard-ardına faiz artımına getməsi, uçot dərəcəsini artırması.

İqtisadçı hesab edir ki, bu məntiqlə, Azərbaycana Türkiyədən gətirilən mal-məhsullar ucuzlaşmalı, Rusiyadan gətirilənlər isə bahalaşmalıdır:

“Məmləkətdə məntiq adlı məvhum işləmədiyinə görə, Türkiyədən gələn məhsullar ucuzlaşmayacaq, amma Rusiyadan gələn mal-məhsulların ciddi bahalaşmasını görəcəyik.

Bizdə məzənnə siyasi, inzibati məfhum olduğuna, əmrlə məzənnə təyin edildiyinə görə, hələ ki, dəyişməyəcək, çünki neft bahadır, amma ölkədə, ən az devalvasiya qədər təhlükəli olan başqa proses gedir – manatın alıcılıq qabiliyyəti kəskin aşağı düşür. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi insanların real gəlirlərinin kəskin azalmasına səbəb olur, bu isə kasıblığı dərinləşdirən əsas faktorlardan biridir...”

(yenisabah.az)



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər