Saytımızı qiymətləndirin


 
 

Ermənilər Fətəli xan Xoyskinin qatilinə abidə ucaldacaq
Tarix: 15-09-2021 | Saat: 15:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yerevan Ağsaqqallar Şurası qalmaqallı qərar verib.

 

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Şura 1919-1921-ci illərdə Türkiyə və Azərbaycanın bir sıra görkəmli dövlət xadimlərinə sui-qəsd təşkil edən terrorçulara abidə ucaldılması barədə təklifi dəstəkləyib.

Abidə Yerevanın mərkəzinə yaxın ərazidə, Radio Evi ilə üzbəüz parkda qoyulacaq. Abidə üçün maliyyə vəsaitində cəmiyyətin bütün təbəqələrinin iştirakı gözlənilir.

 

Xatırladaq ki, abidədə 1920-ci ilin iyununda Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş baş naziri Fətəli xan Xoyskinin qatili Aram Erkanyan və 1921-ci il iyulun 19-da İstanbulda eks-daxili işlər naziri Behbud xan Cavanşiri qətlə yetirən Misak Torlakyan da yer alacaq.

//Modern.az



Xəbəri paylaş

287 dəfə oxunub.

Digər xəbərlər