Saytımızı qiymətləndirin


 
 

Laçınla FOTOSÖHBƏT
Tarix: 23-01-2018 | Saat: 18:02
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycanın tarixi ərazilərindən biri olan Laçın bölgəsi ölkəmizin ən qədim insan məskənlərindəndir. Ölkənin cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.


Rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbəd, hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək nadir abidələrdəndir. Bununla yanaşı, rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar, at və qoç  fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr),  Məlik-Əjdər türbəsi (XII əsr), Uşaq  qalası (XV əsr), Kar kümbəz (XVII əsr), habelə  X-XIX  əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr  öz memarlıq üslubu ilə  qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. 

Ümumilikdə, Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr mövcud olub.


Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon  kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub.

Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılıb. Laçın sözü “məğrurluq” mənasını bildirir.


Laçın rayonu 18 may 1992-ci ildə  erməni işğalına məruz qalıb. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olub, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılıb, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalıb, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min  başdan çox xırda buynuzlu heyvan qarət olunub. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, 58736  nəfər laçınlı öz doğma torpağından  didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşıb.

 

"Qarabaginfo" "Modern.az" saytının hazırda düşmən işğalında olan Laçın rayonunun fotolarını təqdim edir. Fotoları şəkilaltı sözlərlə əslən laçınlı olan,  Karabakhmedia.az saytının baş redaktoru Ramil Cəbrayıl şərh edib.

 

Sarı Aşığın abidəsi

 

 

 

Laçın rayonu, Kommunist küçəsi

 

 

Ağoğlan məbədi

 

Tarix Diyarşünaslıq müzeyi

 

 

Laçın qəbirsanlığı

 

 

 Həkəri çayı üzərində körpü

 

 

Qayğı qəsəbəsi (işğaldan əvvəl və sonra)

 

Hüsülü kəndində Həmzə Soltan sarayı

 

 

Laçın təbiəti

 

Seyidlər kəndində qədim körpü

 

 

Əhmədli kəndində qədim alban məbədi

 

 

 

 Rayon mərkəzində 1941-1945 abidəsi

 

 

Güləbird körpüsü

 

 

Pircahan kəndində körpü

 

Ərdəşəvi kəndi

 

 

 

Qarasaqqal sovməəsi


 

 

Varazqun məbədi

 

 

 

 

Bozlu kəndi

 

Sarı Aşıq məqbərəsinin açılışı

 

Məlik Əjdər türbəsi

 

Laçın şəhər 1 saylı məktəbi

 

 

Sovet İttifaqi Qəhrəmanı Əvəz Verdiyevin abidəsi

 

Minkənd İstisu

 

Minkənd həftəbazarı

 

Minkənd İstisu

 

 

Quşçu kəndində bulaq



Xəbəri paylaş

1 046 dəfə oxunub.

Digər xəbərlər