Saytımızı qiymətləndirin


 
 

MDB Azərbaycana müşahidəçi göndərir
Tarix: 19-12-2023 | Saat: 13:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

MDB Azərbaycana müşahidəçi göndərir

MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə MDB Parlamentlərarası Assambleyasından məlumat verilib.

 

Məlumata görə, bununla bağlı Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovadan MDB Parlamentlərarası Assambleya Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienkoya məktub daxil olub.

 

Məktubda MDB Parlamentlərarası Assambleyasından (MDB PA) olan beynəlxalq müşahidəçilərə Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin monitorinqində iştirak etmək üçün dəvət yer alıb.

 

“Əminəm ki, MDB PA-dan bir qrup müşahidəçinin iştirakı Azərbaycan ilə MDB PA arasında hərtərəfli əlaqələrin daha da inkişafına və dərinləşməsinə töhfə verəcək”, - Azərbaycan parlamenti sədrinin məktubunda deyilir.



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər