Saytımızı qiymətləndirin


 
 

Avroparlamentarilər Gürcüstanın siyasi rəhbərliyinə qarşı sanksiya tətbiqinə çağırıblar
Tarix: 13-05-2024 | Saat: 15:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

Avroparlamentarilər Gürcüstanın siyasi rəhbərliyinə qarşı sanksiya tətbiqinə çağırıblar

Avropa İttifaqına üzv olan 12 dövlətin xarici işlər nazirləri qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozep Borreli Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ətrafındakı vəziyyətə münasibət bildirməyə çağırıb.

Qarabaginfo.az xəbər verir ki, “The Times”a istinadən xəbərinə görə, çağırışa Almaniya, Fransa, Danimarka, Çexiya, Finlandiya, Niderland, Latviya, Litva, Polşa, Estoniya, İsveç və İrlandiya qoşulub.

Birgə bəyanatda “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişvilinin son açıqlamaları və etiraz aksiyalarının iştirakçılarına güc tətbiq edilməsi əsas gətirilərək, ölkənin demokratik Qərbin standartlarından uzaqlaşdığı qeyd edilib.

Bundan başqa Avropa Parlamentinin deputatları Gürcüstana qarşı hədəflənmiş sanksiyaların hazırlanması məsələsini gündəmə gətirib.

Sanksiya çağırışı Avropa Parlamentinin dörd aparıcı parlamentarisi - Thijs Reuten (S&D), Viola Von Carmon-Taubadel (Greens/EFA), Petras Auštrevičius (Renew) və Miriam Lexmann (EPP) tərəfindən hazırlanıb və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellə ünvanlanıb.


Müraciətdə mayın 27-də keçiriləcək Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşviliyə qarşı dərhal hədəflənmiş məhdudlaşdırıcı tədbirlərin görülməsi məsələsi yer alıb.

Eyni zamanda, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin və ona Gürcüstan Prezidenti tərəfindən verilən hər hansı potensial vetonun ləğv edilməsinin lehinə səs verən Gürcüstan parlamentinin üzvlərinə qarşı belə tədbirlərin görülməsini, Gürcüstan hökuməti ilə hər hansı yüksək səviyyəli əlaqəni dayandırmaq barədə göstərişin verilməsi məsələləri də sanksiya çağırışında öz əksini tapıb.

Bundan başqa adıçəkilən qanunun qəbulundan sonra Aİ-nin bunu pislədiyini nümayiş etdirməkdən ötrü Aİ səfirinin məsləhətləşmələr üçün geri çağırılması məsələsinə baxılması da təkliflər arasındadır.



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər
19-04-2022, 19:14 Rubl bahalaşdı