Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Fransanı maliyyə cəhətdən cəzalandırmalıdır - Korotçenko
Tarix: 20-01-2022 | Saat: 08:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Azərbaycan Fransaya maliyyə cəhətdən təsir etməlidir.

Qarabaginfo.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko öz Teleqram kanalında yazıb. O, Fransanın son günlər Azərbaycana qarşı aqressiyasına başqa cür cavab verməyi məsləhət görüb.

“Madam Pekresin “arxa qapıdan” Qarabağa səfərinə gəlincə, – diplomatik və siyasi reaksiyadan əlavə, Azərbaycan Parisi maddi cəhətdən də cəzalandırmalıdır. Bir neçə fransız şirkətini onlar üçün sərfəli olan layihələrdən qovmalıdır.

Bundan sonra bir nəfər də olsun Fransa prezidentliyinə namizəd artıq Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa cəsarət etməyəcək”, – deyə Korotçenko bildirib.



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər