Saytımızı qiymətləndirin


 
 

“Mən Azərbaycanla, türklərlə - Ərdoğanla xeyli məsələni müzakirə etdim”
Tarix: 23-09-2022 | Saat: 13:57
Bölmə:Gündəm / Karusel | çapa göndər

Belarus bir ildən sonra Şanxaq Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmağı gözləyir.

Qarabaginfo.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.


"Növbəti görüş Hindistanda olacaq və mən bütün dövlət orqanları və Xarici İşlər Nazirliyi qarşısında vəzifə qoymuşam ki, biz bu yolu bir ildən sonra yekunlaşdıraq," - Lukaşenka bildirib.


Prezident deyib ki, ŞƏT-ə yeni üzvlərin qəbulu ilə bağlı reqlamentə əsasən, müraciət edən dövlət qurumda qüvvədə olan beynəlxalq müqavilələrə (onların sayı 40-a yaxındır) qoşulmalı, milli qanunvericiliyə lazımi dəyişikliklər etməlidir.

“Məsələn, İrana il yarımdan çox vaxt lazım oldu. O, bizim getməli olduğumuz yolla getdi. Biz bunu bir ildən sonra edəcəyik”, - Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarus və Çin liderlərinin ŞƏT sammiti çərçivəsində Səmərqənddə keçirilən görüşündə milyardlarla dollarlıq məsələlər həll olunub.

Prezident onu da qeyd edib ki, ŞƏT-in sammitində bir çox dövlət başçıları ilə görüşləri olub.

“Mən Azərbaycanla, türklərlə - Rəcəb Tayyib Ərdoğanla məsələləri müzakirə etmişəm. Dünyanın bu fırtınalı qazanında olanda bütün planetin əsəblərini hiss edirsən. Bu, prezident üçün çox vacibdir. Mən Belarusu bu dünya münasibətləri sisteminə inteqrasiya etməliyəm”.



Xəbəri paylaş

211 dəfə oxunub.

Digər xəbərlər