Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev Moldovaya səfərə dəvət edilib
Tarix: 10-10-2022 | Saat: 13:51
Bölmə:Manşet | çapa göndər

Prezident İlham Əliyev Moldovaya səfərə dəvət edilib

Sizinlə görüşmək və yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün bu fürsətə görə olduqca minnətdaram.

 

Həqiqətən, son ilyarım ərzində çoxsaylı səfərlər vasitəsilə əlaqələrimizdə xüsusi canlanmanın şahidi olmuşuq.

 

Bunu Azərbaycanda səfərdə olan Moldovanın Baş naziri Nataliya Qavrilitsa Prezident İlham Əliyevlə görüşdə deyib.

 

“Fürsətdən istifadə edərək, mən Prezident Sandunun Moldovaya səfər dəvətini bir daha Sizə çatdırıram.

Biz, sözün əsl mənasında, müxtəlif səviyyələrdə çoxsaylı səfərlər etmişik. Şadam ki, həmin rəsmi səfərlər əsnasında biz ikitərəfli münasibətlərimizin 30 iliyini qeyd etmişik. Həmçinin hesab edirik ki, siyasi, iqtisadi və humanitar əlaqələr çox sıx olmuşdur və təkmilləşmişdir.

 

Lakin onların potensialı daha böyükdür. Buna görə mən nəinki Baş nazir və müvafiq nazirlərlə, eləcə də işgüzar dairələrlə görüşməyi səmimiyyətlə arzulayıram. Son on ildə ilk dəfədir ki, Moldova-Azərbaycan iqtisadi komissiyasının iclası keçiriləcək.

 

Əminəm ki, enerji, iqtisadi, ticari və sosial sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün bizim çox məhsuldar müzakirələrimiz olacaq”, - Baş nazir qeyd edib.



Xəbəri paylaş

138 dəfə oxunub.

Digər xəbərlər