Tarix: 21-09-2022 | Saat: 13:40
Bölmə:Manşet / Gündəm / Karusel | çapa göndər
Kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədova DİN-də yüksək vəzifə verilib.
Qarabaginfo.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Eduard Məmmədov DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Məşhur idmançı məlumatı təsdiqləyib.
"Azərbaycan Respublikası daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam. Bu etimadı mənə göstərdiklərinə görə cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm.
Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm", - deyə E.Məmmədov feysbuk hesabında yazıb.
Digər xəbərlər