Ana Sayfa > Manşet / Gündəm / Karusel > Vilayət Eyvazov məşhur idmançıya yeni vəzifə verdi

Vilayət Eyvazov məşhur idmançıya yeni vəzifə verdi


21-09-2022, 13:40. Yazar: Admin

Kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədova DİN-də yüksək vəzifə verilib.

 

Qarabaginfo.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Eduard Məmmədov DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

 

Məşhur idmançı məlumatı təsdiqləyib. 

 

"Azərbaycan Respublikası daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam. Bu etimadı mənə göstərdiklərinə görə cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.


Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm.

 

Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm", - deyə E.Məmmədov feysbuk hesabında yazıb.


Geri dön