Saytımızı qiymətləndirin


 
 

Bu il mal və xidmətlərə görə 140 milyon manatdan çox ƏDV ödənilib
Tarix: 11-12-2023 | Saat: 12:28
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Cari ilin yanvar-noyabr ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödənilmiş ƏDV-nin 140 milyon 288 min manatı geri qaytarılıb.

Dövlət Vergi Xidmətinin məlumatına görə, ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə isə 5 faizi müvəkkil bank tərəfindən istehlakçılara geri qaytarılır.



Xəbəri paylaş

158 dəfə oxunub.

Digər xəbərlər