Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev türkmənistanlı həmkarını qarşıladı
Tarix: 11-03-2020 | Saat: 11:15
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

İlham Əliyev türkmənistanlı həmkarını qarşıladı

 

Azərbaycana rəsmi səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də rəsmi qarşılanma

"Qarabaginfo" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

 

 



Xəbəri paylaş

377 dəfə oxunub.

Digər xəbərlər