Saytımızı qiymətləndirin


 
 

Putin şərtini açıqlayıb: "Moskvanın tələbləri yerinə yetirilsə, əməliyyat dayandırılacaq"
Tarix: 06-03-2022 | Saat: 17:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

Putin şərtini açıqlayıb: Moskvanın tələbləri yerinə yetirilsə, əməliyyat dayandırılacaq

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib ki, Ukraynadakı hərbi əməliyyatın dayandırılması yalnız Moskvanın tələblərinin yerinə yetirməsi şərtilə mümkündür.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya silahlı qüvvələri mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi həyata keçirir, zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir", - məlumatda deyilir.

Söhbət zamanı Putin Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğunu təsdiqləyib.

"Ümid edilib ki, danışıqların planlaşdırılan növbəti raundu zamanı Ukrayna nümayəndələri yaranan reallıqları tam nəzərə alan daha konstruktiv yanaşma nümayiş etdirəcəklər", - mətbuat xidməti əlavə edib.



Xəbəri paylaş

1187 dəfə oxunub.

Digər xəbərlər