Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev rayonda açılış etdi - Fotolar
Tarix: 02-10-2017 | Saat: 18:09
Bölmə:Manşet / Karusel | çapa göndər

 

İlham Əliyev rayonda açılış etdi

 

Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak edib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi layihəyə uyğun olaraq dörd zolağa genişləndirilib. Yolun ümumi uzunluğu 46 kilometr, eni isə 27,5 metrdir. Yol birinci texniki dərəcəyə aiddir. Layihə çərçivəsində yolboyu 16 yeraltı və 6 yerüstü piyada keçidi tikilib. Bu isə həm avtomobillərin hərəkətinin normal tənzimlənməsində, həm də piyadaların təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Layihəyə əsasən yolboyu Ceyrankeçməz çayı üzərində uzunluğu 47,5, ümumi eni isə 30 metr olan körpü də inşa olunub.

Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa yenidən qurulması nəticəsində müasir, təhlükəsiz yol infrastrukturu yaranıb. 

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

Prezidenti İlham Əliyev, həmçinin Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısı uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsib.

 










Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi 

 

 



Xəbəri paylaş

568 dəfə oxunub.

Digər xəbərlər