Tarix: 13-07-2020 | Saat: 16:45
Bölmə:Karusel / Dünya | çapa göndər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı təcili iclas təxirə salınıb.
Qarabaginfo.az xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov “RİA Novosti” agentliyinə bildirib.
“KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə ediləcəyi formatın müəyyənləşdirilməsi üçün iclasın keçirilməsi üzv dövlətlərlə əlavə məsləhətləşmələrin aparılması zərurəti səbəbindən təxirə salınıb", - deyə KTMT mətbuat katibi bildirib.
Qeyd edək ki, daha əvvəl Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı KTMT-nın baş katibi Aleksandr Zasın təşəbbüsü ilə iyulun 13-də qurumun Daimi Şurasının təcili iclasının çağırılması ilə bağlı məlumat yayıb. Həmin məlumat KTMT-nin saytında yerləşdirilib. Lakin sonradan həmin məlumat saytdan yığışdırılıb.
Digər xəbərlər