Tarix: 05-08-2021 | Saat: 16:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
Qaxda baş vermiş təcavüz hadisəsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları müvafiq araşdırma aparıblar.
Qarabaginfo.az xəbər verir ki, Komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlunun Lent.az-a verdiyi məlumata görə, Qax rayon icra hakimiyyətindən və rayon polis idarəsindən verilən məlumata görə 02.08.2021-ci il tarixində Qaxın Turaclı kəndində yaşayan 55 yaşlı tək qadın qonşusu, 50 yaşlı şəxs tərəfindən təcavüzə məruz qalıb. Zərərcəkmiş əvvəl xəstəxanaya yerləşdirilsə də hazırda vəziyyəti normaldır və artıq öz evindədir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hüquq mühafizə orqanları tərəfindən həbs olunub və müvafiq istintaq hərəkətləri həyata kecirilir.
Qeyd edək ki, o, bu hərəkəti spirtli içkinin təsiri ilə törətdiyini bildirib. Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi isə zərərçəkənə psixo-sosial yardım göstərəcək.
Digər xəbərlər